Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-in dəstəyi ilə keçirilən humanitar aksiya çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasının yüksək ixtisaslı həkimlərdən ibarət kardiocərrahiyyə briqadası oktyabrın 10-dan cəbhə bölgəsi olan Füzuli rayonunda açıq ürək əməliyyatlarına start verib.
SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Füzuli Tibb Mərkəzində keçirilən aksiyada 250 xəstənin müayinə edilməsi və 12 nəfərin əməliyyat olunması nəzərdə tutulub. Bu əməliyyatlar ölkə prezidentinin birbaşa göstərişinə əsasən ARDNŞ-in maliyyə vəsaiti hesabına həyata keçirilir. Bu gün humanitar aksiya çərçivəsində "Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi" adlı elmi-praktiki konfrans keçiriib. Konfransın gedişində əməliyyatxanadan aorta-koronar şuntlama əməliyyatının canlı tədrisi nümayiş etdirilib. 6 gün ərzində davam edəcək aksiya zamanı ümumilikdə 12 nəfərin əməliyyat olunması nəzərdə tutulub. Pasiyentlərin hamısı erməni işğalı nəticəsində doğma yurd-yuvasından didərgin düşən soydaşlarımızdır. Onların 5 nəfərində aorta-koronar şuntlama, 6 nəfərində anadangəlmə ürək qüsurunun aradan qaldırılması, 1 nəfər xəstədə mitral qapaq əməliyyatının keçirilməsi planlaşdırılıb. Aksiya çərçivəsində Füzuli Tibb Mərkəzinin poliklinika şöbəsində Füzuli rayonunda məskunlaşan məcburi köçkün və yerli rayon əhalisindən 250 nəfər müayinə olunacaq. Onlarda gizli keçən ürək xəstəlikləri və onların risk amilləri araşdırılacaq.
Şamxal
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB