Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Argentinadan olan millət vəkilləri-professor Olqa Elizabet Quzman və professor Pedro Molasla görüşüb. SİA-nın xəbərinə görə, görüşdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jala Qəribova iştirak edib.
Rektor ADU-nun unikal universitet olduğunu vurğulayıb. Ən aparıcı dillərin bu universitetdə tədris olunduğunu qonaqların diqqətinə çatdıran S.Seyidov ispan dilinin ən çox istifadə olunan dil olduğunu söyləyib: "Bizim ispan dilli ölkələr ilə əlaqələrimiz getdikcə daha da güclənir. Yaxın zamanlarda tələbələrin ispan dilini təkmilləşdirmək üçün universitetdə ispan dili mərkəzi açılacaq". Bununla yanaşı Səməd Seyidov Argentina ilə əlaqələrin yaradılmasının vacib və əhəmiyyətli olduğunu vurğulayaraq Argentinada Azərbaycan səfirliyinin fəaliyyət göstərdiyini bildirib. Rektor ADU-nun Norveç, İtaliya, Böyük Britaniya, Fransa, Almaniya universitetləri, eləcə də İspaniyanın Servantes universiteti ilə əməkdaşlıq etdiyini qonaqların diqqətinə çatdırıb. Bundan əlavə, o, dövlət proqramı ilə Azərbaycanlı tələbələrin bir çox aparıcı universitetlərdə təhsil aldıqlarını söyləyib.
Professor Olqa Elizabet Quzman isə öz növbəsində rektora təşəkkür etdi. Azərbaycanda dövlətin təhsilə xüsusi əhəmiyyət verdiyini vuğulayıb. Görüşdə, həmçinin, Azәrbaycan-Argentina əlaqələri, gələcək əməkdaşlıq məsələləri də müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB