\"Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihəsinə dair konfrans keçirilib
Yaxın gələcəkdə \"Almaniyada kənd təsərrüfatı üzrə təhsil 2011-2015-ci illər\" proqramı \"Azərbaycan Gənclərinin Xaricdə Təhsil üzrə Dövlət Proqramı\"nın prioritet sahələrinə daxil edilə bilər. SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov bu gün \"Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı" layihəsinə dair keçirilən konfransda bildirib. Nazirin sözlərinə görə, kənd təsərrüfatı sahəsində İlkin Peşə Təhsilinin İnkişafı Layihəsi 2010-cu ilin avqustunda Avropa İttifaqına üzv ölkələr arasında elan edilib. M.Mərdanov qeyd edib ki, bu layihə Avropa qonşuluq siyasətini 2008-ci il milli fəaliyyət planı çərçivəsində maliyyələşdirilir və büdcəsi 1 milyon 200 min avrodur. Onun sözlərinə görə, 15 avqust tarixindən başlanan layihənin 20 ay müddətində icra olunması nəzərdə tutulub: "Layihənin ümumi məqsədi kənd təsərrüfütı sahəsində peşə ixtisas təhsilində mütəxəssislərin hazırlanması işini dəstəkləməklə peşə məktəbləri məzunlarının iş tapmaq imkanlarını artırmaq və qeyri-neft sahələrində ölkəmiz rəqabətə davamlı mövzusunu gücləndirilməsinə töhfə verməkdir. Peşə-ixtisas təhsili strategiyası çərçivəsində həyata keçirilən cari islahatlar kənd təsərrüfatı sahəsində peşə təhsili və təlimini əhatə etməsi məqsədi daşıyır. Layihə zamanı Almaniyaya təlim səfərlərinin təşkil edilməsi, seçiləcək müəssisənin dövlət vəsaiti hesabına yenidən qurulması, eyni zamanda işə götürənlərin bu prosesdə fəaliyyətinin yüksəldilməsi məqsədilə koordinatorlar şurasının yaradılması nəzərdə tutulub".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB