Azərbaycanda müəllimlərin əmək haqlarının artımı bu il ərzində reallaşa bilər. SİA-in məlumatına görə, bunu Milli Məclisin deputatı, iqtisadi-siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə inflyasiyanın səviyyəsi 8-10% civarındadır: "Bunu qabaqlamaq üçün müvafiq addımların atılması zəruridir. Müəllimlərin maaşlarının artımını bu il gözləyirik".
Millət vəkili onu da bildirib ki, ümumiyyətlə, ölkədə maaşlar artan kimi bazarda da qiymətlərin artımı müşahidə olunur: "Müvafiq qurumlar bunun qarşısını almalıdır".
İlahə Vəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB