Müəllimlərin çoxunun diplomu saxtadır

Müəllimlərin çoxunun diplomu saxtadır

"Bütün ölkə üzrə müəllimlərin sənədlərini araşdıran zaman məlum olub ki, çox müəllimin sənədi saxtadır. Məsələn, sənəddə yazılıb ki, BDU-nun riyaziyyat fakültəsini bitirib, amma Təhsil Nazirliyindən aldığı diplomun nömrəsi bu adamın adına deyil. Təəssüf ki, belə hallarla qarşılaşırıq". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, insanların saxta diplomlarla məktəbə gedib çıxma səbəblərini araşdırılacaq və buna şərait yaradanlar cəzalandırılacaq. Onun sözlərinə görə, nazirlik bu məsələdə Respublika Prokurorluğu ilə birgə araşdırma aparır: "Hələlik rayon-rayon araşdırırıq. Kimin bizdən narazı olub-olmamasına baxmayaraq, saxta diplomluları işdən azad edəcəyik".

Müəllimlərin əmək haqlarının artırılması məsələsinə gəlincə, nazir qeyd edib ki, bununla bağlı prezidentin sərəncamı gözlənilir. O qeyd edib ki, imkan olduqca müəllimlərin əmək haqları dəfələrlə artırılıb, bundan sonra da artırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə