Cabir Novruza həsr olunan açıq dərs...

Cabir Novruza həsr olunan açıq dərs...


Azərbaycan Dillər Universitetində (ADU) Filologiya fakültəsi tələbələrinin açıq dərsi keçirilib. SİA-nın xəbərinə görə "Azərbaycan ədəbiyyatı tədrisinin metodikası" fənninin tədrisində əsas məqsəd tələbələrə iş prosesində təlimin müvafiq şəkildə qurulmasını təmin edə biləcək daha səmərəli üsul və vasitələrdən düzgün istifadə yollarının öyrədilməsidir. Cabir Novruzun həyat və yaradıcılığına həsr olunan açıq dərsi aparan 358-ci qrup tələbəsi Çinarə Hüseynli əvvəlcə şairin həyatı haqqında məlumat verib, onun keçdiyi ömür yoluna nəzər salıb. Milli irsimizin ədəbi cərəyanlarına toxunan Ç.Hüseynli şairin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb. Müasir təlim metodları və üsullarından istifadə edilərək keçirilən açıq dərsdə Cabir Novruzun "Mənim muğamatım", "Azərbaycan dərdi", "Daha dəhşət", "Sağlığında qiymət verin insanlara" və "Eşq- məhəbbət yaşayır" şeirləri səsləndirilib.

Sonra çıxış edənlər tələbələrin müasir təlim metodlarından istifadə edərək tədris aparmalarını yüksək qiymətləndiriblər. Müasir təlim metodlarından sintez və fikir mübadiləsinə üstünlük verilməsinin zəruriliyini vurğulayıblar. Onlar tələbələrə daha səmərəli təlim metodlarından istifadə edilməsini tövsiyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə