ADU rəhbərliyi Stokholm Universitetinin professorları ilə görüşüb

ADU rəhbərliyi Stokholm Universitetinin professorları ilə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Stokholm Universitetinin professorları Lav Ekenberqi və Oliver Popov ilə görüşüb. Görüşdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jala Qəribova və Tədris işləri üzrə prorektoru Natiq Yusifov iştirak edib.

S.Seyidov rəhbərlik etdiyi ali məktəbdə distant təhsil təchizatının mövcud olduğundan söhbət açdı. Rektor informasiya texnologiyası infrastrukturuna ehtiyac olduğunu qeyd edib və bu sahədə əməkdaşlıq etməyin vacibliyini vuğulayıb.

Professor Lav Ekenberq isə informasiya texnologiyasının tədrisi, informasiya sistemi, informasiya təhlükəsizlik sistemi, dil və kommunikasiya haqqında danışıb. Bundan əlavə o, Stokholm universitetində kompüter elmləri ilə bağlı 8 bakalavr proqramının, 8 magistr proqramının və doktor pilləsi üzrə proqramın da mövcud olması haqqında məlumat verib.

Görüşdə informasiya texnologiyası mərkəzinin yaradılması, orada tədqiqatlar aparılmasının mümkünlüyü, həmçinin universitetlərarası əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə