TQDK növbəti elmi-praktiki konfransını Qubada keçirib

TQDK növbəti elmi-praktiki konfransını Qubada keçirib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Quba şəhərində "Müstəqillik dövründə tələbə qəbulu sisteminin inkişaf mərhələləri" mövzusunda elmi-praktik konfrans keçirib. SİA-nın xəbərinə görə, TQDK-nın Quba regional bölməsinin müdiri Elmir Şirinov öz çıxışında xalqın azadlıq uğrundakı mübarizəsindən və bərpa olunan müstəqilliyin yenidən təhlükədə olmasından danışıb. O qeyd edib ki, xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev yurdumuzu parçalanmaqdan və xalqı yenicə qazandığımız müstəqilliyini itirməkdən qurtarıb. O, ümummilli lider Heydər Əliyevin elm və təhsilə xüsusi diqqət və qayğısından bəhs edib.

Sonra konfrans iştirakçıları TQDK-nın fəaliyyətinə dair qısametrajlı sənədli filmə tamaşa ediblər.

Elmi-praktik konfransda ilk məruzə ilə TQDK-nın şöbə müdiri Tariel Bədəlov ölkə rəhbərliyinin digər sahələrə olduğu kimi, təhsilə də ciddi diqqət və qayğı göstərdiyini vurğulayıb. O, bu istiqamətdə görülən tədbirlər, qəbul olunan proqramlar barədə ətraflı məlumat verib. Şöbə müdiri çıxışında elektron görüntülərin müşayiəti ilə TQDK-nın inkişaf tarixinin ən mühüm cəhətlərinə toxunub, əldə olunan nailiyyətlərdən bəhs edib.

Bütün xəbərlər Facebook səhifəmizdə