Son günlər Nikaraquada, əhali arasında A/H1N1 virusuna yoluxma halları qeydə alınıb. SİA-nın \"Reuters\"ə istinadən verdiyi məlumata əsasən, virusun səbəb olduğu qrip xəstəliyi 19 nəfərdə aşkarlanıb. Yoluxanların əksəriyyəti uşaq və yeniyetmələrdir. Mövcud vəziyyətlə əlaqədar ölkə əhalisi xəbərdar edilib, infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə müvafiq tədbirlər görülür.
Xatırladaq ki, qeyd edilən qripdən 2009-cu ildə Nikaraquada 11 nəfər ölüb. Virusun əsas simptomları tənəffüs yollarının iltihabı və yüksək hərarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB