Təhsil müəssisələrində çalışan pedaqoji işçilərdən 92 nəfərin diplomu saxtadır
Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin rayonların ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilərdən 92 nəfərin diplomu saxtadır. SİA-nın xəbərinə görə, saxta diplomların 24-ü Bərdə, 12-si Quba, 7-si Cəlilabad, 7-si Beyləqan, qalan hissəsi isə digər 20 rayonda aşkar edilib.
Məsələnin araşdırılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunub. Saxta diplomların aşkarlanması məqsədilə Təhsil Nazirliyi tərəfindən növbəti 25 rayonun ümumi təhsil müəssisələrində araşdırmalara başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB