Xaricdə müalicə alanlarım sayı artır

Xaricdə müalicə alanlarım sayı artır

Azərbaycanda bu gün bütün patologiyaların müalicəsi üçün kadr potensialı və maddi-texniki baza var. SİA-nın məlumatına görə, bunu axşamı jurnalistlərə açıqlamasında Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov bildirib.

O həmçinin bildirib ki, xarici ölkələrə müalicə almaq üçün gedən Azərbaycan vətəndaşlarının sayının artmasının səbəbi yerli həkimlərin səviyyəsinin aşağı, mövcud kadr potensialının və maddi-texniki bazanın zəif olması ilə bağlı deyil.

Əmiraslanov hazırda Azərbaycan xəstəxanalarının göstərdiyi xidmətlərin səviyyəsinin Avropa səviyyəsinə uyğun olduğunu da qeyd edib.

Dünyada \"xəstə turizmi\"nin çox inkişaf etdiyini deyən Əmiraslanov bildirib ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da imkanlı şəxslər xaricdə müalicə olunmağa üstünlük verirlər.

\"İnsanlar həmişə peyğəmbərləri kənarda axtarırlar. İnsanlar hesab edirlər ki, Azərbaycanda deyil, Almaniyada müalicə olunsa, bu, daha yaxşı olar. Bunu əsasən, imkanlı adamlar edirlər\", - rektor qeyd edib.

O bildirib ki, insanların müalicə almaq üçün xarici ölkələrə getmə hallarının qarşısını almaq mümkün olmayacaq. Buna görə də belə hallar gələcəkdə də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə