XII Beynəlxalq Cərrahiyyə və Qastroenterologiya konqresi öz işinə başlayıb
Bu gün Azərbaycan Tibb Universitetində XII Beynəlxalq Cərrahiyyə və Qastroenterologiya konqresi öz işinə başlayıb. SİA-nın məlumatına görə, konqresdə 26 ölkədən 120-yə yaxın nümayəndə heyəti iştirak edir.
İlk olaraq konqresin təşkilat komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov çıxış edərək konqresin əhəmiyyətindən söz açıb.
Daha sonra isə konqresin sədri, Azərbaycan Cərrah və Qastroloqlar Assosiasiyasının sədri Böyükkişi Ağayev, Avrasiya Cərrahiyyə və Qastroenterologiya Cəmiyyətinin sədri, professor Hakan Özkan (Türkiyə) və başqaları çıxış ediblər.
Azərbaycanda ilk dəfə olaraq cərrahiyə sahəsində keçirilən konqresdə cərrahiyə sahəsindəki son vəziyyət, mövcud problemlər və yeniliklər barədə müzakirələr aparılıb.
Konqresdə bədxassəli sarılıqlarda öd yollarının dekompressiyası tempi, pankreatobiliar xəstəliklərin endoskopik diaqnostikasında və müalicəsində son nailiyyətlər, barret qida borusunun və erkən ezofageal xərçəngin endoskopik təyini və müalicəsi, xronik biliar pankreatitlər: etiologiyası, patogenezi, klinikası, müalicəsi, qastritlərin müalicəsində sitoprotektorların tədbiqi, işemik insultların cərrahı yollarının qarşısının alınması və digər mövzularda mühazirələr oxunub.
Qeyd edək ki, konqres oktyabrın 16-na kimi davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB