Nobel mükafatı laureatına ADU-nun fəxri doktoru adı verilib-FOTOSESSİYA
Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, professor Səməd Seyidov Nobel mükafatı laureatı, yazıçı Vidiadxar Suracprosad Naypolu ilə görüşüb. SİA-nın xəbərinə görə, S.Seyidov bildirib ki, Naypol ədəbiyyata yeni yanaşmalar gətirən bir şəxsdir. Rəhbərlik etdiyi universitet haqqında qonağa məlumat verən rektor bildirib ki, ADU-da 5000 tələbə təhsil alır və burada 14 dil tədris olunur. Bununla bərabər, həmin ölkələrin mərkəzləri də ADU-da fəaliyyət göstərir.
Daha sonra rektor ADU-nun Elmi Şurasının qərarı ilə Naypola universitetin fəxri doktoru adını təqdim edib.
Nobel mükafatı laureatı, yazıçı Vidiadxar Suracprosad Naypol isə öz növbəsində xarici dil bilməyin əhəmiyyətini vurğulayıb. Sonda universitetin professor-müəllim heyəti qonaqla xatirə şəkli çəkdirib.
Qeyd edək ki, Naypol Buker mükafatı alan ilk Britaniya hindistanlısıdır və həmin mükafata 1971-ci ildə \"Azad ölkədə\" romanına görə layiq görülüb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB