Bu gün Təhsil Nazirliyində Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi ilə Azərbaycan Təhsil Nazirliyi arasında qrant sazişi imzalanıb. Qrant sazişinə əsasən Azərbaycan Texniki Universitetinin təhsil informasiya sisteminin yaradılması nəzərdə tutulur. Tədbirdə çıxış edən təhsil naziri bildirib ki, qrant sazişi üzrə nəzərdə tutulan bütün işlər Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan Texniki Universiteti tərəfindən həyata keçiriləcək. Onun sözlərinə görə, \"KOİCA\" Azərbaycanla Koreya arasında təhsil sahəsində münasibətlərin inkişafında mühüm rol oynayan təşkilatdır. "Təhsil Nazrliyi və Azərbaycan Texniki Univesiteti arasında \"KOİCA\"nın işçi qurupu ilə birlikdə "Azərbaycan Texniki Universtetinin Elektron Təhsil Sisteminin Yaradılması" layihəsi üzrə müzakirə protokolu imzalanıb. Bu saziş də həmin protokol üzrə həyata keçirilir. 2 milyon ABŞ dolları dəyərində olan layihənin 3 il müddətində başa çatdırılması nəzərdə tutulub. Layihədə KOİCA-nın Azərbaycan Texniki Univeristetini zəruri avadanlıqlar təmin edilməsi, koreyalı mütəxəssislərin Azərbaycana, Azərbaycan mütəxəssisləerinin isə Koreyaya ezam olunması və digər məsələlər öz əksini tapıb. Layihənin əsas mqəsədi informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə universitetin idarəetmə sisteminin təkmilləşdirilməsidir".
Koreyanın Azərbaycandakı səfiri Li Ji-ha isə Azərbaycanla təhsil və İKT sahəsində geniş əməkdaşlıqların edildiyini bildirib: "Hər bir ölkədə təhsilin inkişafı onun ümumi inkişafına da xidmət göstərir. Koreyanın müxtəlif sahələr üzrə dünyanın 26 ölkəsi ilə əməkdaşlıq edir ki, bunun da 2-si MDB ölkəsidir. Hazırda 76 azərbaycanlı tələbə Koreyada, 22 koreyalı tələbə isə Azərbaycanda təhsil alır. Koreyanın 50 illik tarixi var. Bu dövr ərzində Koreya dövləti müəyyən yüzillikləri olan dövlətlərdən daha tez inkişaf edib ki, buna da təhsil sahəsində nail olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB