Rayonlarda 200 nəfərədək məktəb direktoru yaş senzi ilə bağlı işdən azad olunub. SİA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin Strateji təhlil və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov məlumat verib. O bildirib ki, rayonlarda ümumilikdə 300 nəfər yaşı 65-dən yuxarı olan məktəb direktorları var idi. Onun szölərinə görə, paytaxtda isə belə direktorların sayı 32 nəfərdir: "Rayonlarda məktəb direktoru yaş senzi ilə bağlı işdən azad olunsa da, Bakıda bu məsələ öz həllini tapmayıb. Dərslər artıq başlayıb və məsələyə biraz dəqiq yanaşmaq lazımıdır".
F.Qədirov qeyd eidb ki, hazırda orta məktəblərdə elmi dərəcəyə və fəxri adlara malik olan, yaşı 70-dən yuxarı müəllimlərin fəaliyyətini davam etdirməsi üçün meyarlar hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Onun sözlərinə görə, hazırda Nazirlər Kabinetində məsələyə baxılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB