Koreya ilə Azərbaycan arasında qrant sazişi imzalandı

Koreya ilə Azərbaycan arasında qrant sazişi imzalandı

Bu gün Təhsil Nazirliyində Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi ilə Azərbaycan Təhsil Nazirliyi arasında qrant sazişi imzalanıb. SİA-nın xəbərinə görə, qrant sazişinə əsasən Azərbaycan Texniki Universitetinin təhsil informasiya sisteminin yaradılması nəzərdə tutulur. Tədbirdə çıxış edən təhsil naziri bildirib ki, qrant sazişi üzrə nəzərdə tutulan bütün işlər Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan Texniki Universiteti tərəfindən həyata keçiriləcək. Onun sözlərinə görə, \"KOİCA\" Azərbaycanla Koreya arasında təhsil sahəsində münasibətlərin inkişafında mühüm rol oynayan təşkilatdır. "Təhsil Nazrliyi və Azərbaycan Texniki Univesiteti arasında Koiconun işçi qurupu ilə birlikdə "Azərbaycan Texniki Universtetinin Elektron Təhsil Sisteminin Yaradılması" layihəsi üzrə müzakirə protokolu imzalanıb. Bu saziş də həmin protokol üzrə həyata keçirilir".


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə