\"Bu gün Azərbaycan təhsilinin ən uğurlu nəticələrindən biri İnformasiya Kommunikasiya Texnologiyalarının tətbiq edilməsidir. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov məlumat verib. O, bildirb ki, bu gün Azərbaycanda bütün məktəblərdə İKT avadanlığı quraşdırılıb, müəllimlərin 70 minə yaxını İKT üzrə müxtəlif səviyyəli sertifikatlar alıb. Onun sözlərinə görə bir il bundan əvvəlki səviyyə hal-hazırda yoxdur və bu səviyyə daha da inkişaf edir. Nazir qeyd edib ki, ən yaxşı müəllim və ən yaxşı məktəb üzrə müsabiqələrdə təqdimat hər zaman kağız üzərində edilirdisə, bu gün bütün proseslər elektron qaydada həyata keçirilir: "Ümumiyyətlə, bu gün mindən çox məktəbli genişzolaqlı və davamlı internetə qoşulur və mindən çox məktəbli isə ümumi orta məktəblərin 1/4-ni təşkil edir. Lakin internetə qoşulan məktəblər böyük məktəblərdir. İndi isə biz bir şagirdə bir kompüter məsələsini ortaya qoymuşuq və bu istiqamətdə də çox ciddi addımlar atılacaq".
Təhsil naziri həmçinin qış mövsümündə məktəblilərin istilik təhcizatı məsələsinə öz münasibətini bildirib. O, qeyd edib ki, \"Azəristilik\" və \"Azərqaz\"dan verilən məlumata görə, qış mövsümündə məktəblilərin istilik təhcizatı ilə bağlı heç bir problem olmayacaq.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB