İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

İsveçdə 2011-ci il iqtisadiyyat üzrə Nobel mükafatı amerikalı alimlər Tomas Sarqent və Kristofer Simsə verilib. SİA-ya Azərbaycan Milli Elmlər Akademiyasından bildiriblər ki, alimlər bu mükafata makro-iqtisadiyyatda səbəb və nəticənin empirik tədqiqatlarına görə layiq görülüblər.

Nyu York və Prinston universitetlərinin alimləri faiz dərəcələrinin və vergilərin müvəqqəti azaldılmasının inflyasiyaya necə təsir edəcəyinə, mərkəzi banklar daim öz göstəricilərini, hökumət isə büdcə balansını dəyişərsə, nələrin baş verəcəyinə dair suallara cavab tapıblar.

Laureatlar 1,5 milyon dollar mükafat alacaqlar. Mükafat dekabrın 10-da Alfred Nobelin ölümünün ildönümündə İsveçin paytaxtı Stokholmda təqdim ediləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə