Payız fəslinin gəlişi ilə əhali arasında qpip infeksiyaları artıb. Hava şəraitinin dəyişkən keçməsi həm böyüklərə, həm də uşaqlara mənfi təsir göstərir. Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov SİA-ya bildirdi ki, payız, qış aylarında adətən yuxarı tənəffüs yollarının kəskin respirator xəstəliklərinin baş qaldırması halları geniş yayılır: "Bu mövsümdə əsasən qrip və müxtəlif infeksion xəstəliklər müşahidə olunur. Qeyd edim ki, xəstəliyə əsasən immuniteti zəif olan insanlar yoluxur. Siqaret çəkən, alkoqoldan istifadə edənlərin orqanizmi sözügedən viruslara daha həssas olur. Ona görə də, bu fəsillərdə zərərli vərdişlərdən qaçmaq, daha çox açıq havada olmaq məsləhət görülür. Soyuq fəsillərdə xəstəliklərə yoluxmamaq üçün immuniteti möhkəmləndirmək də məsləhətdir. Qida rasionu vitaminlə zəngin olmalı, xəstəliklərə yoluxmaq halları qeydə alındıqda isə müalicəyə ciddi yanaşılmalıdır".
Səhiyyə Nazirliyindən isə bildirildi ki, hazırda müşahidə olunan qrip mövsümü xarakter daşıyır və təhlükəli vəziyyət yoxdur: "Bu normal haldır. Ölkə ərazisində mövsümü qrip heç vaxt epidemiooji səviyyəyə çatmır. Əgər belə bir hala müşahidə olunarsa, əhalinin vaksinasiyası həyata keçirilər. Ancaq hazırda bu baxımdan vəziyyət stabildir".
Qurumdan o da bildirildi ki, hazırda qrip daha çox uşaqlar arasında müşahisə olunur: "Ərazi poliklinikalarında qeydiyyatda olan uşaqların profilaktik müayinələri aparılır. Əgər azyaşlıda hər hansı bir problem aşkarlanarsa, zəruri tədbirlər görülür".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB