Nobel mükafatı laureatı Əhməd Zeveylinə BDU-nun fəxri doktoru adı verilib

Nobel mükafatı laureatı Əhməd Zeveylinə BDU-nun fəxri doktoru adı verilib

Bu gün Bakı Dövlət Universitetində (BDU) ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun kimya və fizika üzrə professoru, ABŞ prezidentinin məsləhətçisi, Nobel mükafatı laureatı Əhməd Həsən Zeveylinə universitetinin fəxri doktoru adı verilib. SİA-nın xəbərinə görə, BDU-da Zeveyline Fəxri doktorluq diplomunun təqdimetmə mərasimi keçirilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov Ə.Zeveylinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Rektor Ə. Zeveyinin kimya və fizika sahəsində çoxşaxəli elmi fəaliyyətlə məşğul olduğunu, 1999-cu ildə kimyəvi reaksiyaların gözlə görülməsini təmin edən cihazı kəşf etdiyinə görə Nobel mükafatına layiq görüldüyünü diqqətə çatdırıb.A.Məhərrəmov qeyd edib ki, Zeveylin müsəlman dünyasında Nobel mükafatı almış iki şəxsdən biridir: "Əhməd Zeveylin dünyada elmin və demokratiyanın inkişafına verdiyi töhfələrinə, o cümlədən sülhməramlı fəaliyyətinə görə universitetin Elmi Şurasının 8 oktyabr 2001-ci il tarixli qərarı ilə BDU-nun fəxri doktoru adına layiq görülüb. Ümid edirəm ki, Zeveylin gələcəkdə mütəmadi olaraq BDU-nun tələbələri ilə görüşəcək, mühazirələr deyəcək".

Tədbirin davamında Ə.Zeveylinə fəxri doktor diplomu, xatirə hədiyyə təqdim olunub.


Ə. Zeveylin isə çıxışında BDU-nun fəxri doktoru olmasından məmnunluğunu dilə gətirib. O, daha sonra elm və təhsil, müsəlman ölkələrinin gələcəyi, demokratiya ilə bağlı fikirlərini bölüşüb, tələbələrin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə