Moskva Dövlət Universitetinin rektoru Humanitar Forumda çıxış edib

Moskva Dövlət Universitetinin rektoru Humanitar Forumda çıxış edib

"Dünyada mövcud iqtisadiyyat biliklərə əsaslanır. Qeyri-fundamental və tətbiqi biliklər arasında qeyri-dəqiqliklər mövcuddur". SİA-nın xəbərinə görə, bunu Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi Bakıda keçirilən beynəlxalq forumda çıxışı zamanı deyib. O bildirib ki, bu gün texnokratik yanaşma humanitar yanaşma üzərində üstünlük təşkil edir və forumdakı müzakirələrin predmeti məhz bu məsələlər olacaq. Onun sözlərinə görə, bütün yeniliklər ciddi elmi araşdırmalar nəticəsində ortaya çıxır: "Bütün yenilikləri isə xeyrə istifadə etmək lazımdır. Elm ilk növbədə prioritet sahələrin inkişafını tələb edir. Humanitar sahənin inkişafı şəxsiyyətin tərbiyə edilməsi, sosial məsələlərin həlli və digər problemlərin həllində çox vacibdir. Cəmiyyət və siyasət yeni humanitar alətlər tələb edir".

Azərbaycanla Rusiyanın təhsil sahəsində mühüm əməkdaşlıqların olduğunu deyən rektor vurğulayıb ki, məhsuldar əməkdaşlığın parlaq nümunəsi MDU-nun Bakı filialının fəaliyyətidir: "İki dövlət universitetləri arasındakı əlaqələr genişlənir. Rusiya univeristetlərindən minlərlə tələbə Azərbaycanda təcrübə keçir. 300-ə yaxın tələbə isə MDU-nin Bakı filialında oxuyur. Bu dostluq münasibətləri mövcuddur və ildən-ilə inkişaf edir".

Bütün xəbərlər Facebook səhifəmizdə