Bakı Təhsil Məlumat Mərkəzinin (BTMM) təşkilatçılığı ilə "Caspian Business" mərkəzində Amerika təhsil sərgisi keçirilib. SİA-nın verdiyi xəbərə görə, yarmarkanın məqsədi maraq göstərən şəxsləri və təşkilatları xaricdə təhsil almaq imkanları haqqında məlumatlarla təmin etməkdir. Təhsil sərgisində ABŞ-ın bir sıra qabaqcıl, dövlət tərəfindən xüsusi qeydiyyat sənədləri olan universitetlərinin, Azərbaycanda təhsillə məşğul olan aparıcı təşkilatların nümayəndələri öz tədris proqramları və fəaliyyətləri haqqında məlumat vermilib. Sərgidə azərbaycanlı tələbələr üçün pulsuz təhsil almaq imkanı yaradan proqramlar da təqdim olunub. Sərgi barədə ətraflı məlumatı BTMM-in www.beic.az internet saytından əldə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB