“Amerikada müxtəliflik və imkanlar”

“Amerikada müxtəliflik və imkanlar”

Azərbaycan Dillər Universitetinin (ADU) Amerika səfirliyinin nümayəndəsi Sergio Real tərəfindən "Amerikada müxtəliflik və imkanlar" adlı təqdimat keçirilib. SİA-nın xəbərinə görə, slayd şəklində təşkil edilən təqdimatın əsas məqsədi Amerikanın digər ölkələrə nəzərən insanlara verdiyi üstünlüklərdən danışmaq idi. Giriş olaraq səfirlik nümayəndəsi qeyd edib ki, "Amerika insanların beynində azadlığın və imkanların vətənidir. Amerikan mədəniyyəti bir çox xalqlar tərəfindən qəbul edilmişdir".

Amerikaya müxtəlif ölkələrdən insanların gəldiyini qeyd edən Sergio Real XIX-XX əsrlərdə ölkəyə gələn immiqrantların əksər hissəsinin avropalılar olduğunu diqqətə çatdırıb: "Amerikada yaşayan insanların 1/3-ni azlıqlar təşkil edir. Bu azlıqların hüquqları qanun tərəfindən qorunur". O, dil bilməməyin Amerikada yaşamağı çətinləşdirdiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə