Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Lənkəran şəhərində "Müstəqillik dövründə tələbə qəbulu sisteminin inkişaf mərhələləri" mövzusunda elmi-praktik konfrans keçirilib. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan konfransda TQDK-nın Lənkəran regional bölməsinin müdiri Əbdüləhəd Bağırov ölkənin dövlət müstəqilliyinin ilk 20 ilinin ciddi çətinliklər və nailiyyətlərlə yadda qaldığını qeyd edib. O, respublikada ictimai-siyasi sabitliyin bərqərar edilərək sürətli inkişaf yoluna qədəm qoymasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.
Sonra konfrans iştirakçıları TQDK-nın fəaliyyətinə dair qısametrajlı sənədli filmə tamaşa ediblər. elmi-praktik konfransda TQDK-nın Təşkilat şöbəsinin müdiri Arzu Bağırov, Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının müavini Səmədağa Abdullayev, Lənkəran Dövlət Universitetinin rektoru Asəf İskəndərov, TQDK-nın aparıcı məsləhətçisi Sürəyya Cəfərova, coğrafiya fənni üzrə ekspert Cahangir Zəkəryayev məruzə ilə çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB