\"Ən yaxşı ümumtəhsil məktəbi\" və \"Ən yaxşı müəllim\" müsabiqələri başlayır
Təhsil naziri Misir Mərdanov 2011/2012-ci dərs
ilində \"Ən yaxşı ümumtəhsil məktəbi\" və \"Ən yaxşı müəllim\"
müsabiqələrinin keçirilməsi haqqında əmr imzalayıb. SİA-nın xəbərinə görə,
həmin əmrdə \"Ən yaxşı ümumtəhsil məktəbi\" və \"Ən yaxşı
müəllim\" müsabiqələrinin keçirilmə vaxtları açılqnıb. Əmrdə qeyd olunur
ki, 2011/2012-ci
dərs ilində müsabiqələrdə iştirak üçün sənədlərin qəbulu 2011-ci il oktyabrın
10-dan başlansın və noyabrın 10-dək başa çatdırılsın, ictimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) müsabiqələrlə bağlı elan və ona əlavələrin
\"Azərbaycan müəllimi\" qəzetində dərc olunmasını təmin etsin. əmrin
icrasını nazir öz üzərinə götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB