Bakı Dövlət Universitetinin tarix fakültəsində Almaniyanın Vilhelm və Aleksandr adına Humdold Universitetinin eyni fakültəsindən gələn tələbələrlə görüş keçirilib.SİA-nın xəbərinə görə, Azərbaycanın yeni və müasir tarixi kafedrasının müdiri Azad Rzayev qonaqlara universitet haqqında məlumat verib. O bildirib ki, Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrə böyük önəm verir və beynəlxalq arenada nüfuzunu artırmaq üçün belə görüşlərin tez-tez keçirilməsinin tərəfdarıdır. Kafedranın bir hissəsinin də Berlində yerləşdiyini deyən Azad Rzayev "biz bir kafedranın iki üzvüyük", - deyib.
Almaniya nümayəndə heyətinin rəhbəri, Berlində yerləşən Humdold Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor, doktor Auch Eva-Maria Bakı Dövlət Universiteti kimi ali təhsil ocağı ilə əməkdaşlığa önəm verdiklərini qeyd edib.
Sonra qonaqlar fakültə ilə yaxından tanış olublar. Görüşdə Gənclər və İdman Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Vüqar Əhmədov, aparıcı məsləhətçisi Fuad Ələkbərov da iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB