\"Reuters\" BDU-da treninq keçirib

\"Reuters\" BDU-da treninq keçirib

Bu gün Bakı Dövlət Universitetində Tomson Reyters (Thomson Reuters) Agentliyi onun tərəfindən hazırlanan WEB KHOWLEDCE proqramından istifadə üzrə treninq keçirib. SİA-nın xəbərinə görə, tədbiri Tomson Reyters Agentliyin Mərkəzi və Şərqi Avropa üzrə ölkə meneceri Metin Tunc keçirib. Treninqin əvvəlində BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə çıxış edərək, BDU-nun respublika elmi potensialının hiss olunacaq dərəcədə əhəmiyyətli hissəsini əhatə etdiyini bildirib. O, Azərbaycan alimlərinin, o cümlədən BDU alimlərinin əsərlərinin dünya şöhrətli Tomson Reyters Agentliyinin siyahısında yer almasını, uğurla çap olunmasını vurğulayıb.

Qeyd edək ki, Tomson Reyters Agentliyinin məlumat bazasında 12 min akademik və elmi jurnal, 148 min konfrans və s. haqqında məlumat var.

Bütün xəbərlər Facebook səhifəmizdə