Azərbaycanda doktoranturaya keçiriləcək qəbul imtahanlarının vaxtı açıqlanıb.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) I vitse-prezidenti Arif Həşimovun SİA-ya verdiyi xəbərə görə, akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında doktoranturaya qəbul imtahanlarının vaxtı müəyyənləşib. AMEA-nın elmi təşkilat və müəssislərində doktoranturaya ixtisas fənləri üzrə imtahanlar oktyabrın 19-da başlayacaq və 25-nə qədər davam edəcək.
Doktoranturaya sənəd verənlərin sayının çoxluğunun nəzərə alındığını deyən Arif Həşimov buna görə də qəbul imtahanlarının noyabrın sonuna kimi uzanacağını deyib.Onun sözlərinə görə, oktyabrın 26-dan doktoranturaya xarici dil və fəlsəfədən imtahanlar başlayacaq.A.Həşimov qeyd edib ki, AMEA-nın elmi təşkilat və müəssisələrində olan 215 yerə qarşı 478 nəfər sənəd verib.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB