TQDK-da qəbul proqramlarının yenidən hazırlanması üçün işçi qrupları yaradılıb
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında kimya fənni üzrə elmi-metodiki seminar keçirilib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, seminarın iş planını müzakirə olunub və təsdiqlənib. Seminar iclasında Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri ilə bərabər, TQDK-nın Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də eyni vaxtda bu iclasda iştirak edib və onlayn sistemində internet vasitəsilə videobağlantı əsasında öz fikirlərini bildirib, təkliflərini veriblər. Qəbul proqramlarının yenidən işlənib hazırlanması məqsədilə işçi qrupları yaradılıb.
Növbəti seminar iclasında 2012-ci ildə ali məktəblərə I ixtisas qrupu üzrə qəbul imtahanının keçirilməsi üçün qəbul proqramının müzakirəsinə başlanacaq.
İlahə Vəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB