TQDK elmi-metodiki seminarlara başladı

TQDK elmi-metodiki seminarlara başladı

TQDK nəzdində fəaliyyət göstərən elmi-metodiki seminarlar öz işinə başlayıb. SİA-nın xəbərinə görə, oktyabr 3-də xarici dil (ingilis dili, alman dili, fransız dili), Azərbaycan dili və Azərbaycan dili(rus bölməsində) fənləri üzrə elmi-metodiki seminarlar keçirilib. Seminar iclaslarında iş planı müzakirə edilərək, təsdiq olunmuşdur. Seminar iclaslarında qəbul proqramlarının təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupları yaradılıb. Növbəti seminar iclaslarında 2012-ci ildə ali məktəblərə qəbul imhanlarının keçirilməsi üçün qəbul proqramlarının müzakirəsinə başlanacaqdır.


Bütün xəbərlər Facebook səhifəmizdə