Rezidenturanın mülki ixtisaslarına qəbul olan şəxslər bu gündən etibarən tələb olunan sənədləri Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. TQDK-dan SİA-ya verilən xəbərə görə, sənədlərin qəbulu oktyabrın 7-dək davam edəcək.
Azərbaycanda ilk dəfə olaraq iki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən namizədlərdən 314 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Hərbi tibb fakültəsinə qəbul olanlar isə göstərilən müddətdə Müdafiə Nazirliyində qeydiyyatdan keçməlidirlər.
Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri müvafiq nazirliklərə göndərilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB