Azərbaycan Təhsil Nazirliyi bu gündən ilk peşə-ixtisas təhsili müəssisələrində ixtisas fənləri üzrə müəllim və istehsalat təlimi ustası vakant yerlərinin tutulması üzrə müsabiqədə iştirak etmək istəyən namizədlər üçün sənəd qəbuluna başlayıb.
Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, sənəd qəbulunun oktyabrın 14-də yekunlaşacağı müsabiqəyə 46 xüsusi fənn müəllimi, 58 istehsalat təlimi ustası üzrə vakant yer çıxarılıb.
Vakant yerlərə işə qəbul mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə olacaq. Müsabiqə Təhsil Nazirliyi tərəfindən yaradılmış komissiya tərəfindən keçirilir. Müsabiqədə vakant yerin profilinə uyğun bütün ali və orta ixtisas təhsili müəssisələrini bitirən, müvafiq dövlət təhsil sənədi (diplom) alan mütəxəssislər iştirak edə bilərlər. Hər hansı səbəbdən müəyyən edilən vaxtda müsabiqədə iştirak etməyənlər üçün təkrar müsabiqə təşkil edilməyəcək və həmin şəxslər növbəti ildə ümumi qaydada müsabiqədə iştirak edə bilərlər.
Müsabiqə zamanı ixtisası üzrə azı üç il əmək stajı, təhsil müəssisələrində iş təcrübəsi olanlara, peşəsi üzrə yüksək dərəcəli mütəxəssislərə üstünlük veriləcək.
Müsabiqə iştirakçıları ilkin pedaqoji məlumatlara malik olmalı, şagirdlərlə işləmək bacarıqlarını, ilk-peşə ixtisas təhsili müəssisələrinin iş prinsiplərini bildiklərini, tədris-təlim prosesinin işi barədə biliklərə malik olduqlarını nümayiş etdirməlidirlər. Müsabiqənin nəticələri barədə şikayətlərə müsahibə komissiyasının işi yekunlaşdıqdan sonra bir həftə ərzində baxılacaq.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB