Bu gün Azərbaycanın təhsil naziri riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Cumayıl oğlu Mərdanov 65 yaşını qeyd edir. SİA-nın xəbərinə görə, 1998-ci ildən Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışan Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olub. 1964-cü ildə orta məktəbi bitirib, həmən il Azərbayca Dövlət Universitetinə daxil olub. 1969-cu ildə Universitetin mexanika-riyaziyyat fakültəsini bitirib. M.Mərdanov 1970-1972-ci illərdə ADU-nun aspirantı olub, 1973-cü ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib.
1971-ci ildən 1989-cu ilədək ADU-nun mexanika-riyaziyyat fakültəsində müəllim, baş müəllim, dosent, 1978-ci ildən 1989-cu ilə kimi dekan müavini vəzifələrində çalışıb. 1989-1992-ci illərdə Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyində ali təhsil idarəsinin rəisi, təhsil nazirinin müavini işləyib. 1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə Universitetin rektoru olub. 3 övladı olan təhsil naziri elm və təhsil sahəsindəki nailiyyətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Əməkdar elm xadimi" fəxri adına, 2006-cı ildə isə "Şöhrət" ordeninə layiq görülüb. Yeni Azərbaycan Partiyasının Siyasi şurasının və İdarə heyətinin üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB