2011 – 2012 – ci dərs ili ərəfəsində müəllimlərin işə qəbulu ilə bağlı müsabiqəyə Bakı şəhər məktəbləri üzrə 374 vakant yer elan olunub. Hazırda bu vakant yerlərdən 338-i kadrla təmin edilib.
Elan edilən vakant yerlərin fənlərə uyğun olaraq statistik göstəricisi belə idi: İbtidai sinif 23,Azərbaycan dili və ədəbiyyat 22, Riyaziyyat 26, Tarix 24, Kimya 7, Fizika 8, Coğrafiya 17, Biologiya 10, İnformatika 29, İngilis dili 68, Rus dili 4, GÇQH (Gənclərin çağırışa qədər hazırlığı) 28, Əmək hazırlığı 10, Fiziki tərbiyə 89, Təsviri incəsənət3, Musiqi və Nəğmə üzrə isə 10 vakant yer.
Müsabiqənin birinci mərhələsinin nəticələrinə görə 374 vakant yerdən 298 – i kadrla təmin edilib. Qalan 76 vakant yerə qəbul olunan kadrlar isə işdən imtina ediblər. İmtina edilən 76 vakant yerlərin ayrı – ayrı fənlər üzrə statistik göstəricisi isə belədir: İbtidai sinif- 2, Azərbaycan dili- 1, Tarix - 1, Riyaziyyat - 6, Coğrafiya - 1,Kimya - 2, İngilis dili - 9, İnformatika - 3, GÇQH - 2, Fiziki tərbiyə - 11, Əmək hazırlığı- 2 yer.
Müsabiqənin ikinci turunda qalan 76 vakant yerdən 40 – ı ehtiyat kadrlar hesabına işlə təmin edilib. Sektor müdirinin bildirdiyinə görə, ən son nəticələrə əsasən isə,36 vakant yer qalıb. Lakin hazırda bu yerlərin də ehtiyat kadrlarla təmini üzrə iş aparılır.
Qeyd edək ki, 36 vakant yerdən 2 – si Fizika, 8 – i İnformatika, 2 – si Biologiya, 11 – i GÇQH, 2 – si Əmək hazırlığı, 8 – i Fiziki tərbiyə, 3 – ü isəMusiqi və nəğmə fənləri üzrədir.
Məlumat üçün bildirək ki, müəllimlərin müsabiqə üzrə işə qəbulu 2009 - cu ildən etibarən həyata keçirilir. Müsabiqə üç mərhələdən ibarət olur. Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndirilir. Daha sonra namizədlər test imtahanı verirlər. Yekun, yəniüçüncü mərhələdə isə müəllimliyə namizədlər müsahibədən keçirilirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB