Məktəblilər arasında müsabiqəyə başlandı

Məktəblilər arasında müsabiqəyə başlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) "Müstəqilliyimiz əbədidir" adlı müsabiqəyə başlayıb. SİA-nın xəbərinə görə, müsabiqə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 – ci ildönümüilə əlaqədar olaraq keçirilir. Müsabiqənin keçirilməsində digər bir məqsəd isə şagirdləri tarix, dövlət müstəqilli ilə bağlı maarifləndirmək, həmçinin onların bu istiqamətdə istedad və bacarıqlarını üzə çıxarmaqdan ibarətdir.

Müsabiqə IX – XI sinif şagirdləri arasında keçiriləcək və 2 mərhələdən ibarət olacaq. Həmin mərhələlər isə məktəb vəşəhər mərhələsidir. Müsabiqə ilə bağlı sentyabr ayının 27 – dən məktəb direktorları ilə görüş keçirilib və bu istiqamətdə lazımi təlimatlandırma işləri aparılıb. Həmin gündən müsabiqənin məktəb mərhələsinə start verilib.

İlk – məktəb mərhələsinin oktyabr ayının 5 – nə kimi yekunlaşdırılması nəzərdə tutulur. İkinci mərhələ isə ayın 7 – də152 saylı orta məktəbdə keçiriləcək. Müsabiqə iki - bədii qiraət və inşa yazı nominasiyaları üzrə təşkil olunacaq. "Azərbaycan üçün yaşanan ömür", "Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur", "Müstəqilliyimiz ən böyük tarixi nailiyyətimizdir" və "Bizi sabaha aparan lider: İlham Əliyev" mövzuları inşa yazı üzrə iştirakçı şagirdlərə təqdim edilən mövzular arasındadır. Həmin işlər isə Bakı məktəblərinin peşəkar və yaradıcı müəllimləri tərəfindən yoxlanılacaq.

Hər iki mərhələ yekunlaşdıqdan sonra isə müsabiqənin yekunlarına həsr edilən final mərhələsi keçiriləcək. Final mərhələsinin oktyabrın 15 – də Hyatt Regency otelində keçirilməsi nəzərdə tutulur. Burada isə müsabiqənin 12 qalibi öz işi ilə çıxış edəcək.

Qeyd edək ki, hər nominasiya üzrə 1 nəfər I, 2 nəfər II və 3 nəfərIII yerin qalibi kimi müəyyənləşdiriləcək. Onlara diplom və birdəfəlik pul mükafatları təqdim ediləcək. Bundan əlavə, qaliblərin təqaüdlə də təmin edilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə