Müəllimlər üçün 10 qızıl qayda

Müəllimlər üçün 10 qızıl qayda

Hər bir pedaqoqun qarşısında duran başlıca məqsəd dərsin səmərəli təşkili və mövzuların şagirdə yüksək səviyyədə mənimsədilməsidir. Bəs, görəsən, hər bir müəllim bu nailiyyəti istədiyi səviyyədə əldə edə bilirmi? SİA-nın xəbərinə görə, araşdırmalar sübut edib ki, pedaqoq nə qədər savadlı olsa belə dərsin keyfiyyətinin əsasını təşkil edən amil sinifdəki strategiyanın düzgün qurulmasıdır. Elə isə mütəxəssislərin araşdırması sayəsində müəllimlər üçün müəyyən olunan qızıl qaydaları təqdim edirik.

1. Sinifdə diqqət yayınıqlığı və sıxıcılıq hiss etdiyiniz zaman səs tempinizi dəyişərək rəngarənglik yaradın, mülayim danışmağa başlayın, nitqinizə bir neçə saniyə ara verin. Sükut onların diqqətini sizə cəlb edəcək. Vacib bildiyiniz məlumatı xüsusi vurğu və pafosla söyləyin.

2. Şagirdlərin sinif qaydalarını qəbul və riayət etməsi üçün şagird anketi hazırlayın. 3. Ən vacib hesab etdiyiniz 5 qaydanı sıralayın və nəticədə anketdəki cavabları ümumiləşdirərək sinif üçün qaydalar siyahısını tərtib edin. Bu qaydaları çoxaldaraq hər bir şagirdin gündəliyinə yapışdırmasını tələb edin. Fasiləsiz danışma müddətini maksimum 2 dəqiqəyə endirin. Fasiləsiz danışma yalnız diqqət yayınıqlığına səbəb olur. Bunun üçün hər iki dəqiqədən bir şagirdlərə sonuncu danışdığınız mövzuya dair suallar verin və onlardan mövzuya dair şərh vermələrini istəyin.

4.Planlı hərəkət edin. Yeni mövzunu izah etməzdən əvvəl sinif qarşısında aşağıdakı sualları cavablandırmağa çalışın: Niyə bu mövzunu öyrənirik?, Nələri öyrənəcəyik?, Necə öyrənəcəksiz?, Hansı səviyyədə dərk etdiyinizi necə biləcəyik?, Öyrəndiklərimizi harada və necə istifadə edə bilərik?

Əgər bu suallara əsaslı izahat gətirə bilsəniz, yeni dərs hər bir şagirdin marağını çəkər, beləliklə də bütün diqqətin sizdə olmasını təmin edə bilərsiz.

5. Hər dərsin əvvəlində mövzunu öyrənmələri üçün haqlı və inandırıcı səbəblər söyləyin.

6. İncidici sözlərdən əsla istifadə etməyin. Hər bir şagirdə adı ilə xitab edin. Əks təqdirdə həm özünüzə, həm də fənninizə qarşı olan hörmət və marağı itirərsiz.

7. Jestlərdən istifadə edin. Səmimi münasibətlərin əsasının 55% - ni jestlərin təşkil etdiyini unutmayın.

8. Dərsin 60 % - ni şagirdlərin aktiv və sərbəst fəaliyyətinə ayırın.

9. "Təkrar biliyin anasıdır".Bu kəlmə hər bir dərsin ana xəttini təşkil etməlidir. Bu zaman şagirdlər daha məsuliyyətli olar, hər gün keçilənləri təkrarlamağa özünü borclu hiss edər

10. Zarafat edin.

Unutmayın ki, kiçik bir gülüş, qısa bir zarafat insan beynini rahatlaşdırır, yorğunluğun və stressin aradan qalxmasına kömək edir.

Bütün xəbərlər Facebook səhifəmizdə