Misir Mərdanov Koreyanın təhsil ekspertləri ilə görüşüb

Misir Mərdanov Koreyanın təhsil ekspertləri ilə görüşüb

Təhsil naziri Misir Mərdanov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun Suk və proqram koordinatoru Fidan Ağacanova ilə görüşüb. SİA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov Azərbaycanla Koreya arasında mövcud olan əlaqələrdən və bu əlaqələrin son illər daha da inkişaf etdiyindən söz açıb. Nazir Koreya ilə əməkdaşlıq çərçivəsində təhsil sahəsi üzrə səmərəli əlaqələri, ali və peşə təhsili istiqamətində birgə aparılan layihələrdə Koreya tərəfinin göstərdiyi dəstəyi xüsusi qeyd edib. İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq üzrə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin gördüyü işlərdən danışan Misir Mərdanov bu əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini vurğulayıb.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun Suk təmsil olunduğu agentliyin ölkədə reallaşdırdığı layihələrin əhəmiyyətli nəticələrini qeyd edib. Kim Eun Suk eyni zamanda təhsil sahəsi üzrə prioritet layihələrin qısa müddətdə müəyyənləşdirilməsinin məqsədəuyğunluğunu bildirib. Qonaq onu da əlavə edib ki, həmin layihələr öz təsdiqini tapdıqdan sonra müvafiq istiqamətdə iş aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə