Berlin Universitetinin “Azərbaycan tarixi” kafedrasının rəhbəri Azərbaycana gəlir
Sabahdan etibarən Berlin Humboldt Universitetinin "Azərbaycan tarixi" kafedrasının rəhbəri, professor-doktor Eva-Maria Auxun rəhbərliyi ilə Humboldt Universitetinin "Azərbaycan tarixi" kafedrasının bir qrup tələbə və doktorantının Azərbaycana səfəri başlayır. SİA-nın xəbərinə görə, gənclər və idman naziri Azad Rəhimovun dəvəti ilə baş tutan səfər oktyabrın 13-dək davam edəcək.
Səfərin məqsədi Humboldt Universitetinin "Azərbaycan tarixi" kafedrasında təhsil alan alman tələbələrini Azərbaycan tarixi və mədəniyyəti ilə yaxından tanış etmək, eyni zamanda onların müxtəlif mövzular üzrə fərdi araşdırmalar aparmaları üçün şərait yaratmaqdır. Səfərin sonundaqonaqlar elmi araşdırmaları və qeydləri barədə müzakirələr aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB