TQDK rezidenturaya qəbul olanların qeydiyyat tarixini açıqladı

TQDK rezidenturaya qəbul olanların qeydiyyat tarixini açıqladı

Rezidenturanın mülki ixtisaslarına qəbul olmuş şəxslər tələb olunan sənədləri oktyabrın 3-dən oktyabrın 7-dək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) SİA-ya verilən məlumata görə, hərbi tibb fakültəsinə qəbul olanlar isə göstərilən müddətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçməlidirlər. Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri müvafiq nazirliklərə göndərilməyəcəkdir.


Bütün xəbərlər Facebook səhifəmizdə