TQDK sədri: “Rezudenturaya imtahan verən 37 nəfər TQDK tərəfindən ali məktəbə qəbul olunmayıb”
"Azərbaycanda rezidenturaya qəbul imtahanlarında iştirak üçün müraciət edən 37 nəfər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali məktəblərə qəbul olunmayıb". SİA-nın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, həmin şəxslər müxtəlif yollarla müxtəlif xarici ölkələrin ali məktəblərindən Beynəlxalq Universitet və Odlar Yurdu Universitetinə qəbul olunublar: "Onlardan heç biri 100 baldan yuxarı nəticə göstərməyib. Müsabiqədə həmin şəxslərdən 7-si iştirak edirdi. Çünki 70 baldan yuxarı nəticə göstərmişdi. Amma onlar müsabiqədən keçmədilər. Xəzər, Beynəlxalq, Odlar Yurdu universitetlərinə TQDK xətti ilə qəbul olunan məzunların nəticələri də o qədər yüksək deyildi. Onların arasında 100 baldan yuxarı nəticə göstərən 5-6 nəfər olub. İmtahanda əsas nəticə göstərənlər Azərbaycan Tibb Universitetinin məzunlarıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB