“Müstəqillik dövründə tələbə qəbulu sisteminin inkişaf mərhələləri”
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında "Müstəqillik dövründə tələbə qəbulu sisteminin inkişaf mərhələləri" mövzusunda elmi-praktik konfrans keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan konfransın açılışıda TQDK-nın fəaliyyətinə dair qısametrajlı sənədli film göstərilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə müstəqillik illəri ərzində tələbə qəbulu sistemində görülən işlər və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib: "Azərbaycanda tələbə qəbulu prosesinin təkmilləşdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda tələbə qəbulu prosesinin üç mərhələyə bölünür və bu mərhələlərdə TQDK böyük inkişaf yolu keçib. TQDK bu gün biliyi qiymətləndirən və Azərbaycanda informasiya texnologiyalarını tam şəkildə öz fəaliyyətində tətbiq edən dövlət qurumudur", - deyə o əlavə edib.
Tədbirin davamında çıxış edən Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov, TQDK-nın əməkdaşları komissiyanın müstəqillik illərindəki fəaliyyəti barədə məlumat veriblər. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında "Müstəqillik dövründə tələbə qəbulu sisteminin inkişaf mərhələləri" mövzusunda elmi-praktik konfrans keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasnın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan konfransın açılışıda TQDK-nın fəaliyyətinə dair qısametrajlı sənədli film göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB