Onkoloji xəstələrə pulla dərman satmayın!-SİYAHI

Onkoloji xəstələrə pulla dərman satmayın!-SİYAHI
Dünyada ölümün ilkin səbəblərindən biri xərçəng xəstəli sayılır: Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, əgər təcili və təxirəsalınmaz tədbirlər görülməzsə, 2005-ci ildən 2015-ci ilədək olan dövrdə dünyada 84 milyon insan xərçəngə yoluxaraq dünyasını dəyişəcək. Bu xəstəliyin qarşısını almaq üçün ÜST xərçəngin qloballaşmasına qarşı tədbirlər həyata keçirir.
Ölümcül xəstəliklə bağlı ölkəmizdə də vəziyyət ürəkaçan deyil. Xərçəngə tutulmuş xəstələrin sayı ilbəil artır. Eyni zamanda xərçəngin cavanlaşma tendensiyası da müşahidə edilir. Statistik məlumatlara görə, ötən il ölkədə onkoloji xəstələrin sayı 6 faiz artıb. Belə ki, 2010-cu ildə 8119 nəfərdə bədxassəli şiş aşkar edilib ki, bu da 2009-cu illə müqayisədə 466 nəfər çoxdur.
Bu təhlükəli xəstəliyə mübtəla olanların müalicəsi mümkün olmadığından onların vəziyyətlərinin yüngülləşdirilməsi üçün dövlət tərəfindən pulsuz dərmanlar verilir. Ancaq onkoloji xəstələrdən tez-tez dərmanların onlara verilməməsi, bəzən isə həkimlər tərəfindən satılması ilə bağlı məlumatlar səslənir.

Xatırladaq ki, səhiyyə naziri Oqtay Şirəliyev onkoloji, şəkərli diabet, vərəm və s. xəstələrə verilən dərman preparatlarının pulsuz olması ilə bağlı dəfələrlə göstəriş verildiyini təkrarlayıb.


Qeyd edək ki, onkoloji xəstələrin müalicəsində istifadə edilən kimyəvi preparatlar aptekdə satılmır.

Xəstələrdən birinin yaxını Aynur İbrahimova bizimlə söhbətində bildirdi ki, ataşı uzun müddət şiddətli ağrılarla müşahidə olunan onkoloji xəstəlikdən əziyyət çəkib: \"Atam onkoloji xəstə kimi qeydiyyatda idi. Bir necə ay ağrıkəsici dərman ala bildik. Ancaq sonradan hər dəfə bir bəhanə ilə dərmanları vermirdilər. Aptekdən aldığımız dərmanlar isə ağrını kəsmirdi. Gözlərimizin qarşısında əziz bir insanın iztirab çəkməsi dözülməz idi. Məcbur olub kimyəvi dərmanı almaq üçün pul ödəyirdik\".

Yeri gəlmişkən, deyək ki, Nazirlər Kabinetinin digər bir qərarına əsasən onkoloji xəstələr dövlət hesabına ildə 1 dəfə şüa müalicəsi (orta hesabla 80 manat), cərrahi müalicə (300 manat), kimyəvi terapiya (400 manat) almalıdırlar. Ancaq apardığımız araşdırma zamanı xəstələr bu müalicənin də pulunu öz vəsaitləri hesabına edirlər.


Məsələ ilə bağlı Milli Onkologiya Mərkəzinə müraciət etdik. Qurumdan bildirildi ki, onkoloji xəstələrə dərmanlar dövlət hesabına verilir və xəstəxanalar dərmanlarla təmin olunur. Onkoloji xəstələrə pulsuz verilən dərmanlar siyahısına ümumilikdə 229 dərman preparatı, o cümlədən müxtəlif sarğı materialları daxildir.
Onu da deyək ki, dərmanlar ancaq onkoloji xəstəliklərdən əziyyət çəkən və xəstəxanada qeydiyyata götürülən xəstələrə verilir.
Onkoloji xəstələrə dövlət tərəfindən pulsuz verilən dərman və digər tibb ləvazimatlarının siyahısını təqdim edirik:

1 5-FTORURACIL
2 BLEOMYCIN
3 BONDRONAT
4 CALCIUM FOLINAT
5 CARBOPLATIN
6 CISPLATIN
7 CYCLOPHOSPHAN
8 DACARBAZIN
9 DOCETAXEL
10 DOXORUBICIN
11 EPIRUBICIN
12 EPREKS
13 ETOPOZID
14 FLUDARABIN
15 FTORAFUR
16 GEMCITABIN
17 IFOSFAMIDE
18 IRINOTEKAN
19 KRISAPLA
20 LEUCOCALCIN
21 MITOMICIN C
22 MITOXANTRON
23 NEUTROFIL
24 PACLITAXEL
25 TAMOXIFEN
26 VARIMESNA
27 VINBLASTIN
28 VINCRISTIN
29 VINORELBIN
30 ZOLEDRONIC ACID
31 5-NOK
32 ABAKTAL
33 ADDAMEL
34 ADRENALIN
35 AKTOVEGIN
36 AKTRAPID HM
37 AKTIVLASMISH KOMUR
38 AKUPAN
39 ALMAGEL
40 ALBUMIN
41 AMBROKSOL
42 AMINOPLAZMOL
43 AMINOKAPRON T-su
44 AMMIAK
45 ANALGIN
46 ANDROPED
47 ANUZOL
48 APILAK
49 ARDUAN
50 ASISTAN
51 ATENOLOL
52 ASIKLOVIR
53 ATROPIN SULFAT
54 AUGMENTIN
55 BARALGIN
56 BENZILPENISILLIN
57 BEROTEK
58 BETADIN
59 BİNT
60 BISAKODIL
61 BROMGEKSIN
62 BRONXOSIN
63 DEKSAMETAZON
64 DIGOKSIN
65 DIBAZOL
66 DIKLOBERL
67 DIKLOVIT
68 DIKLOFENAK
69 DIMEDROL
70 DIMEKSID
71 DIOKSIDIN
72 DIPROSPAN
73 DISOL
74 DISINON
75 DOPAMIN
76 ELASTİK BİNT
77 ƏLCƏK
78 EDNIT
79 ENTEROL
80 EMETRON
81 EROLIN
82 ESPUMIZAN
83 ESSENSIALE FORTE
84 ESSENSIALE
85 ETIL SPIRTI 95%
86 EUFILLIN
87 FASTUM GEL
88 FERRUM LEK
89 FESTAL
90 FLOKSAN
91 FORTUM
92 FRAKSIPARIN
93 FTOROKORT
94 FURADONIN
95 FURASILIN
96 FUROSEMID
97 GELOFUZIN
98 GENTAMICIN
99 GEPARIN
100 GIDROKORTIZON
101 GLUKOVANS
102 GLUKOZA infuz.
103 HEMOSTATİK QUBKA
104 HEMODEZ
105 IMMUNAL
106 IMODIUM
107 INDAVAZIN
108 INDOMETACIN
109 INFEZOL
110 IZOPTIN
111 KALIY XLORID
112 KALSİY D3
113 KALSIY XLORID
114 KALSIY GLUKONAT
115 KANAMISIN
116 KAPTOPRIL
117 KARDİONAT
118 KATEJEL
119 KATETER Foley (bütün ölçüdə)
120 KAVINTON
121 KETONAL
122 KLAFORAN
123 KLEKSAN
124 KLION
125 KOFEIN-BENZOAT Na
126 KOKARBOKSILAZA
127 KONTRIVEN
128 KORGLIKON
129 KORDARON
130 KORDIAMIN
131 KSEROFORM
132 KURIOZIN
133 KVAMATEL
134 LAFEROBION
135 LAZIKS
136 LEVOMEKOL
137 LEYKOPLASTR
138 LESPENEFRIL
139 LIBEKSIN
140 LIDOKAIN
141 LINIMENT VISNEVSKIY
142 LIOTON
143 MAALOKS
144 MAGNEZIUM SULFAT
145 MALTOFER
146 MANNIT
147 MEDROL
148 MERONEM
149 METİLURASİL
150 MEZATON
151 MIKOSIST
152 MOTILIUM
153 NAROPİN
154 NATRIY XLORID 0,9%
155 NISTATIN MAZ
156 NITRO
157 NITROMINT
158 NOOTROPIL
159 NO-SPA
160 NOVALGIN
161 NOVOPASSIT
162 NOVOKAIN
163 OKSITOSIN
164 OKTENISEPT
165 OFLOKSASİN
166 OMEPRAZOL
167 PANANGIN
168 PAPAVERIN
169 PEROKSID
170 PERTUSSIN
171 PIKSEF
172 PLATIFILLIN
173 PLEVROFIX
174 PLEVROKAN
175 POVIDON IOD
176 PREDNIZOLON
177 PROPOFOL
178 PROZERIN
179 REGIDRON
180 REOPOLIGLUKIN
181 REZEKTOSOL
182 RIBOKSIN
183 RINGER LAKTAT
184 RINGER MAHLULU
185 SANASOL
186 SENADEKSIN
187 SEFAMEZIN
188 SEFATAKSIM
189 SEFTRIAKSON
190 SERMION
191 SERUKAL
192 SİDİK qabi
193 SIPRINOL
194 SMEKTA
195 SOLUVİT 10ml
196 SORBIFER DURULES
197 ŞPRİSLAR
198 STREPTOMISIN
199 STROFANTIN
200 SULFOKAMFOKAIN
201 SULFASIL NA
202 SUPRASTIN
203 TAVEGIL
204 TEBANTIN
205 TETRASIKLIN
206 TIMALIN
207 TORAX KATETER (bütün ölçüdə)
208 TRAXEOSTOMIK TRUBKA (bütün ölçüdə)
209 TRIAMPUR
210 TRIPSIN
211 TRİSOL
212 ULTRAPROKT
213 VALOKORDIN
214 VAZOFIKS (bütün ölçüdə)
215 VENLAKSOR
216 VENTOLIN
217 VEROSPIRON
218 VIKASOL
219 VITAMIN C
220 VITAMIN B1
221 VITAMIN B6
222 VITAMIN B12
223 VOLTAREN
224 XLORGEKSIDIN
225 ZANTAK
226 ZINASEF
227 ZOVIRAKS
228 HƏR NÖV SARĞI MATERİALLAR

Bütün xəbərlər Facebook səhifəmizdə