2011/2012-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya keçirilmiş müsabiqənin nəticələri elan olunub. SİA-nın xəbərinə görə, nəticələr saat 14:00-dan etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında yerləşdirilib. İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən namizədlərdən 314 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB