Təhsil naziri beynəlxalq universitetlərin nümayəndələri ilə görüşüb
Bu gün təhsil naziri Misir Mərdanov ABŞ-ın Corciya Dövlət Universitetinin prezidenti Mark Beker, universitetin Robinson Biznes Kollecinin dekanı Fenvik Hass, universitetin professoru, Keçid İqtisadiyyatında Biznesin İnkişafı Mərkəzinin direktoru Bijan Fəzlullahi ilə görüşüb. SİA-nın xəbərinə görə, dünyanın ən nüfuzlu universitetlərindən olan Corciya Dövlət Universiteti rəhbərliyinin Azərbaycana gəlişini yüksək qiymətləndirən nazir bu səfəri ölkəmizin təhsil tarixində önəmli hadisə adlandırıb. M.Mərdanov qonaqlara Azərbaycanın əldə etdiyi uğurlar, milli təhsil sisteminin qurulması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi yönündə atılmış addımlar və digər nailiyyətlər barədə məlumat verib. M.Mərdanov Corciya Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Universiteti və Odlar Yurdu Universiteti arasında əlaqələrin yaradıldığını bildirib. Nazir Azərbaycan Universiteti ilə Corciya Dövlət Universitetinin daha sıx və səmərəli əməkdaşlığından bəhs edib və ikitərəfli əlaqələrin yaradılmasında Corciya Dövlət Universitetinin professoru Bijan Fəzlullahinin böyük xidmətləri olduğunu vurğulayıb.Daha sonra təhsil naziri M.Mərdanov qonaqların ölkəmizə səfərinin və keçiriləcək görüşlərin Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişlənməsinə, onların inkişafına təkan verəcəyinə inamını ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB