Doktorlar...

" Azərbaycanda doktoranturaya maraq böyükdür. Artıq oktyabrın əvvəllərindən biz doktoranturaya qəbul imtahanlarına başlaya bilərik. Bütün ixtisaslar üzrə sənədlər verilib. Demək olar ki, bütün ixtisaslar üzrə doktoranturaya sənəd verilib. Bəzi ixtisaslar üzrə hətta böyük rəqabət var. Doktoranturaya qəbul qanunauyğun, şəffaflıq şəraitində keçiriləcək". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (AMEA) Mahmud Kərimov məlumat verib. O bildirib ki, sənəd qəbulu oktyabrın 1-dək davam edəcək və bundan sonra vaxtın uzadılması nəzrdə tutulmur. AMEA-nın prezidenti qeyd edib ki, doktoranturaya qəbul imtahanın günləri yaxın günlərdə Rəyasət Heyətinin iclasında müəyyənləşdiriləcək. Onun sözlərinə görə, əfsuslar olsun ki, humanitar, ictimai sahəyə maraq daha böyükdür. Bu ixtisaslar üzrə sənəd verənlərin daha çox olduğunu deyən M.Kərimov dəqiq elmlərə marağın daha böyük olmasını istədiyini deyib. O qeyd ki, Azərbaycanda bu ixtisaslara daha böyük ehtiyac var.

Bütün xəbərlər Facebook səhifəmizdə