BDU-da “Elektronika və Fotonika üçün Nanotexnologiya Platforması – NAPEP” layihəsi üzrə treninqlər keçirilir
Bu gündən etibarən Bakı Dövlət Universitetində Avropa Komissiyasının 7-ci Çərçivə Proqramı əsasında "Elektronika və Fotonika üçün Nanotexnologiya Platforması – NAPEP" layihəsi üzrə seminar və treninqlər öz işinə başlayıb. SİA-nın xəbərinə görə, sentyabrın 30-dək davam edəcək treninqlərin ilk seminarını Fiziki fakültəsinin dekanı, professor Rasim Məmmədov açaraq treninqlərin elmə olan töhfələrindən danışıb.
NAPEP layihəsinin koordinatoru, BDU-nun Nanotexnologiya Mərkəzinin müdür müavini Mustafa Muradov qeyd edilən layihə üzrə ilk iclasın menecerlər səviyyəsində 2010-cu ilin dekabr ayında Macarıstanın Seqed şəhərində keçirildiyini bildirib. Deyib ki, Finlandiyada keçirilən ikinci görüş mikro və nanoelektronikada müasir metodlara həsr olunub. Bu günlərdə Bakıda keçirilən seminarların ilk beynəlxalq seminar olduğunu diqqətə çatdıran Mustafa Muradov treninqlərin sensor elementlər üçün materialların yaradılması üsulları və onların fiziki-kimyəvi xassələrinin tədqiqinə həsr olduğunu bildirib.
Seminarda iştirak etmək məqəsdilə Azərbaycanın bu layihə üzrə Avropalı ortaqları olan Finlandiyanın OULU Universitetinin Nanoelektronika Mərkəzinin rəhbəri Kristian Kordasın rəhbərlik etdiyi üç nəfərlik və Macarıstanın Seqed Universitetinin Ekoloji mühəndislik və tətbiqi kimya fakültəsinin professoru Akoş Kukoveçin rəhbərlik etdiyi 4 nəfərlik nümayəndə heyəti də Bakıya gəlib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB