Bu gün bütün dünyada Beynəlxalq Turizm Günü qeyd edilir. SİA-nın xəbərinə görə, 1980-ci ildən Birləşmiş Millətlər Beynəlxalq Turizm Təşkilatı (BMBTT) 27 sentyabrı Beynəlxalq Turizm günü kimi qeyd edir. Bu tarix 1970-ci ildə BMBTT-nın Nizamnaməsinin qəbul olunduğu gündür. Bu Nizamnamənin qəbulu qlobal turizmdə dönüş hesab edilir. Bu günün məqsədi beynəlxalq aləmdə turizm haqında məlumatlanmanı artırmaq və bunun sosial, mədəni, siyasi, iqtisadi tərəflərini dünya miqyasında nümayiş etdirməkdir.
Bu il Ümumdünya Turizm Günü turizmin beynəlxalq həmrəylik və qarşılıqlı hörmətin möhkəmləndirilməsindəki mühüm rolunu vurğulayan "Turizm – mədəniyyətləri birləşdirən bənd" şüarı altında keçirilir.Yeni mədəniyyətlərlə öz təcrübəndə tanış olmaq ən yaxşı yoldur. Turizm müsafirlə onu qəbul edən ölkə arasındakı möcüzəli bir rabitə vasitəsidir. O, dialoqun və qarşılıqlı əlaqələrin yaradılmasına kömək edir. Müxtəlif mədəniyyətləri təmsil edən insanlar arasında belə əlaqələrin mövcudluğu dözümlülüyün əsasına çevrilir.
Dinc, yanaşı yaşamaq uğrunda
mübarizə aparan dünyada turizm körpülərin qurulmasına və sülhün möhkəmlənməsinə
səbəb ola bilər.
Turizmin
inkişaf prosesinə verdiyi töhfə, eyni zamanda, qlobal həmrəyliyin
formalaşmasına da yardımçı olur. Qlobal iqtisadiyyatın dərin qeyri-müəyyənliklə
üzləşdiyi bir dövrdə turizmin sosial-iqtisadi imkanlar yaratmağa və varlılarla
kasıblar arasındakı fərqi azaltmağa qadir olması faktı mühüm əhəmiyyət qazanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB