Rezidenturaya qəbul imtahanlarında 860 nəfər uğurlu nəticə əldə edib

Rezidenturaya qəbul imtahanlarında 860 nəfər uğurlu nəticə əldə edib

Azərbaycanda ilk dəfə olaraq keçirilən 2011/2012-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanlarının nəticələri açıqlanıb.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, rezidenturaya qəbul imtahanlarından 860 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb: "Müalicə işi, pediatriya ixtisasları üzrə 303 yerə qarşı 759 nəfər, mülki ixtisaslar üzrə 287 yerə qarşı 745 nəfər, o cümlədən, hərbi həkim ixtisasları üzrə 16 yerə qarşı 14 nəfər, stomatologiya ixtisası üzrə 4 yerə qarşı 71 nəfər, tibbi-biologiya ixtisası üzrə 2 yerə qarşı 15 nəfər, tibbi-profilaktika ixtisası üzrə 7 yerə qarşı 15 nəfər müsabiqədə iştirak hüququ qazanıb. Bu il rezidenturaya qəbul planı isə 316 yerdir. Rezidenturaya qəbulun nəticələri ilə daha ətraflı TQDK-nın internet saytında (www.tqdk.gov.az) tanış olmaq olar

Bütün xəbərlər Facebook səhifəmizdə