Misir Mərdanov təhsilin keyfiyyətini beynəlxalq ekspertlərlə müzakirə edib
Təhsil naziri Misir Mərdanov ali təhsildə keyfiyyətin təminatı üzrə beynəlxalq ekspert Mariya Xose Limatr, Dünya Bankının nümayəndələri Saçiko Kataoka və Meskerem Mulatu ilə görüşüb. SİA-nın xəbərinə görə, Azərbaycanda ali təhsildə keyfiyyətin təminatı istiqamətində həyata keçirilən tədbirlərə toxunan Misir Mərdanov Təhsil Nazirliyi ilə Dünya Bankı arasındakı əməkdaşlığın səmərəli nəticələr verdiyini, indiyə qədər imzalanan layihələrin uğurla reallaşdırıldığını qeyd edib. Nazir əlaqələrin inkişafı üçün zəruri olan tədbirlərə toxunub, müvafiq məsələlərlə bağlı fikirlərini bildirib. Birgə görülən işlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün müvafiq mütəxəssislər qrupunun formalaşdırıldığını qeyd edən M.Mərdanov Azərbaycan təhsilində baş verən yeniliklər haqda beynəlxalq ekspertlərin də müsbət fikirlər səsləndirdiyini nəzərə çatdırıb.
Nazir son illərdə təhsil sahəsində həyata keçirilən islahatların nəticələrindən bəhs edib və bu baxımdan Dünya Bankı ilə əməkdaşlığın üstün cəhətlərinə toxunub. Təhsil naziri Dünya Bankı ilə qarşılıqlı əlaqələr sayəsində təhsilin bütün pillələrində müsbət irəliləyişə nail olunduğunu qeyd edib.
Ali təhsildə keyfiyyətin təminatı üzrə beynəlxalq ekspert Mariya Xose Limatr səmimi qəbul və təhsil sahəsində görülən işlərlə bağlı məlumat verdiyi üçün nazirə təşəkkür edib. Təhsil Nazirliyi ilə Dünya Bankı arasında səmərəli əlaqələrin mövcud olduğunu vurğulayan qonaq ali təhsildə keyfiyyətin təminatı, təhsil müəssisələrinin lisenziyalaşdırılması, akkreditasiyadan keçirilməsi və bu istiqamətdə Azərbaycanda mövcud olan təcrübə haqqında fikirlərini bildirib.
Daha sonra Təhsil Nazirliyi ilə Dünya Bankı arasında gələcək əməkdaşlığın istiqamətləri, ali təhsildə keyfiyyətin təminatı, təhsil müəssisələrinin lisenziyalaşdırılması, akkreditasiyası sahəsindəki müasir dünya təcrübəsi və bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB