Xəbər verdiyimiz kimi, sentyabrın 24-25-də Azərbaycanda ilk dəfə olaraq rezidenturaya qəbul imtahanı keçirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, sentyabrın 24-də 2011/2012-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirilib və burada namizədlər baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə imtahan veriblər. I mərhələdə iştirak etmək üçün ərizə verən 1063 namizəddən 15 nəfəri imtahana gəlməyib.
Sentyabrın 25-də isə 2011/2012-ci tədris ili üçün
rezidenturaya qəbul imtahanının ikinci mərhələsi təşkil olunub. Bu mərhələdə
namizdələr ixtisas fənləri üzrə imtahan veriblər. Bu mərhələdə ərizə verən 1063
namizəddən 17 nəfəri imtahana gəlməyib.
Rezidenturaya qəbul imtahanının nəticələri bu gün elan olunacaq.
Qeyd edək ki, müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 30-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 40-dan az olmamalıdır. Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaqdır. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisas seçimini təsdiq etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB